Yuxarı

Azərbaycan tütün ixracını 26%-dən çox artırıb

​Azərbaycana tütün idxalı azalıb, ixrac isə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 39 945,24 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 017,04 min dollar və yaxud 16,72% azdır.

Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,24%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 6 379,95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 337,12 min dollar və yaxud 26,52% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,68%-nə bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi