Yuxarı
    Bağlamaq

    Azərbaycana idxalda özəl sektorun payı artıb

    Özəl sektor isə cəmi idxalın 1 543 120,97 min dollar və ya 84,5%-ni əhatə edib.

    Bakı. 28 aprel. REPORT.AZ/ Cari ilin birinci rübündə ölkə üzrə cəmi idxalın 189 215,94 min dollar və ya 10,36%-i dövlət sektorunun payına düşüb. Özəl sektor isə cəmi idxalın 1 543 120,97 min dollar və ya 84,5%-ni əhatə edib.

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idxalda dövlət sektorunun payı 11,75 faiz bəndi azalıb, buna müvafiq olaraq özəl sektorun payı isə əksinə 10,14 faiz bəndi artıb.

    Hesabat dövründə ixracın 1 566 308,39 min dollar və ya 87,96%-i dövlət sektoru, 190 857,42 min dolları və ya 10,72%-i özəl sektorun payına düşüb. Ötən ilin müvafiq dövründə dövlət sektorunun xüsusi çəkisi 88,07% və özəl sektorun payı 11,48% təşkil edib. Beləliklə, dövlət sektorunun payında azalma, özəl sektorda isə artım qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi