​Azərbaycan Avropa Birliyi ölkələrindən idxalı 18% azaldıb

​Azərbaycan Avropa Birliyi ölkələrindən idxalı 18% azaldıb Azərbaycandan həmin ölkələrə ixrac isə əksinə 6% artıb
Biznes
29 Dekabr , 2014 16:33
​Azərbaycan Avropa Birliyi ölkələrindən idxalı 18% azaldıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Avropa Birliyi ölkələrinə ixracın həcmi 11,060 mlrd. ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir. Hesabat dövründə həmin ölkələrdən Azərbaycana idxal isə əksinə 17,9% azalaraq 2,740 mlrd. dollar olub. Nəticədə AB ölkələrinə ixrac ölkənin məcmu ixracın 53,4%-ni, idxal isə 33,78%-ni tutub.

AB ölkələrinə ixracda əsas yeri tutan İtaliyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% azalaraq 4,624 mlrd. dollar təşkil edib. Bu müddətdə idxal isə əksinə 11,8% artaraq 232,2 mln. dollar olub.

Bildirək ki, hesabat dövründə Azərbaycandan ixracın 22,3%-i məhz bu ölkənin payına düşüb. Beləliklə də İtaliya ixracda əsas ölkələr arasında yenə də lider olub. İdxalda isə ölkənin məcmu idxalın 14,4%-ni və ya 1,167 mlrd. dollarını tutan Rusiya birinci olub.

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə ümumilikdə 28,825 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Nəticədə ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,6%, ixrac 5,8% azalıb, müsbət saldo isə 2,7% artıb.

Son xəbərlər

Orphus sistemi