Yuxarı
    Bağlamaq

    Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

    Yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi 18,31%-ə yüksəlib© Report.az

    Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 624,2 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

    "Report"un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 4,28% artım qeydə alınıb.

    Hesabat dövründə ət idxalı 2,6 dəfə artaraq 35,515 mln. dollar, süd - 69,73% artaraq 5,815 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 18,56% artaraq 32,688 mln. dollar, çay - 13,83% artaraq 21,251 mln. dollara, şəkər - 28,09% artaraq 70,752 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 35,59% azalaraq 83,169 mln. dollar, meyvə-tərəvəz - 0,01% azalaraq 75,369 mln. dollar təşkil edib.

    Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,79%-dən 18,31%-ə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi