Yuxarı
    Bağlamaq

    Azərbaycan yeyinti məhsullarının idxalını 7% artırıb

    Ümumi idxalın 17,13%-ni yeyinti məhsulları təşkil edib© Report

    Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 748,6 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

    "Report"un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının idxalında illik müqayisədə 6,6% artım qeydə alınıb.

    Hesabat dövründə ət idxalı 2,2 dəfə artaraq 39,398 mln. dollar, süd 57,5% artaraq 6,684 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 28,8% artaraq 40,364 mln. dollar, çay 17,7% artaraq 27,218 mln. dollara, şəkər 28,4% artaraq 99,112 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 35,4% azalaraq 96,221 mln. dollar, meyvə-tərəvəz 0,08% azalaraq 81,204 mln. dollar təşkil edib.

    Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,75%-dən 17,13%-ə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi