Azərbaycan yeni məşğulluq strategiyası hazırlayacaq

Azərbaycan yeni məşğulluq strategiyası hazırlayacaq Nazir: "Gələn il investisiyaların 15,3 mlrd. manat, xarici investisiyaların 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır"
Biznes
6 Dekabr , 2016 13:30
Azərbaycan yeni məşğulluq strategiyası hazırlayacaq

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə parlamentin bugünkü plenar iclasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib: "Yeni məşğulluq strategiyası hazırlancaq. İşsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək".

"Gələn il qeyri-neft sektoru üzrə 7,4% artım proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizim sektorunun 7,4% artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7% səviyyəsində gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək və 2,9% proqnozlaşdırlır. Gələn il investisiyaların 15,3 mlrd. manat, xarici investisiyaların 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Bunun 5,6 mlrd. manatı qeyr-neft sektoruna yatırılacaq. Bir sıra infrastruktur layihələri davam etdiriləcək", - deyə nazir  qeyd edib.

Ş.Mustafayev bildirib ki, ölkənin 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, müasir texnologiyaların genişləndirlməsi nəzərdə tutulur: "Piriallahı sənaye parkında dəyəri 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq".

Nazir həmçinin SKMF-in kredit portfelinin artıq 1 mlrd. manata çatdığını qeyd edib. Onun sözlərinə görə, bankların 52 mln. manat əsas kredit borcu var ki, bu da Fondun kredit portfelinin 5,7%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi