Yuxarı
    Bağlamaq

    Azərbaycan yeni ixrac missiyaları üçün namizədlər seçir

    Müsabiqə gələn il yanvarın 12-də “Azpromo”da keçiriləcək

    Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstana ixrac missiyalarının təşkili ilə bağlı müsabiqə elan edib. Nazirlikdən “Report”a verilən xəbərə görə, ixrac missiyaları gələn il fevralın 5-8-də Pakistanda, fevralın 9-11-də isə Əfqanıstanda səfərdə olacaq.

    Missiyaların əhatə etdiyi sektorlar - meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya və digər sənaye məhsullarıdır. 

    Müsabiqə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilir və buna yanvarın 12-də “Azpromo”da yekun vurulacaq.

    İxrac missiyalarında iştirak etmək istəyənlər sənədlərini dekabrın 28-dək “Azpromo”ya (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32) təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi