Yuxarı

Azərbaycan Xorvatiyada keçirilən "ViroExpo 2016" beynəlxalq sərgisində iştirak edib

Sərgidə dünyanın 700-dən çox şirkəti iştirak edib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Xorvatiyada keçirilən "ViroExpo 2016" iqtisadiyyat, sənətkarlıq və kənd təsərrüfatı beynəlxalq sərgisində iştirak edib.

Xorvatiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi pavilyonununda ölkənin tarixi, turizm potensialı barədə ətraflı məlumat verilib, suvenirlər, incəsənət nümunələri təqdim edilib.

Eyni zamanda, Azərbaycan haqqında demonstrativ video təqdim olunub.

Qeyd edək ki, sərgidə dünyanın 700-dən çox şirkəti iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi