Azərbaycan Xəzəryanı Ölkələrin İqtisadi-Ticarət Sərgisində iştirak edir

Azərbaycan Xəzəryanı Ölkələrin İqtisadi-Ticarət Sərgisində iştirak edir Bu gündən başlayaraq iyunun 21-nə qədər Rusiyanın Həştərxan şəhərində Xəzəryanı Ölkələrin İqtisadi-Ticarət Sərgisi keçiriləcək.
Biznes
19 İyun , 2019 17:31
Azərbaycan Xəzəryanı Ölkələrin İqtisadi-Ticarət Sərgisində iştirak edir

Bu gündən başlayaraq iyunun 21-nə qədər Rusiyanın Həştərxan şəhərində Xəzəryanı Ölkələrin İqtisadi-Ticarət Sərgisi keçiriləcək. 

“Report” bu barədə Həştərxan vilayət hökumətinin portalına istinadən xəbər verir.

Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri əvəzi Vladimir Qolovkov Xəzəryanı ölkələrlə geniş əməkdaşlıq əlaqələrinə malik olduqlarını deyib: “Həştərxanda İran Ticarət Evi, Azərbaycan İşgüzar Mərkəzi açılıb. Qazaxıstanla sərhədboyu ticarət inkişaf etdirilir. Həştərxan tərsanələri İran və Türkmənistandan gələn sifarişləri yerinə yetirir. Həştərxan vilayətinin Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 2018-ci ildəki həcmi 390 milyon dollara yaxın olub, əvvəlki ilə nisbətən 80 faizdən çox artıb. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə birbaşa təyyarə reysləri də artırılır. Aprel ayında Həştərxan – Atırau reysi açılıb, may ayında isə Bakıya reys bərpa edildi”.

Vilayət rəsmisi üçgünlük sərginin Xəzəryanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, sərgidə İrandan 26, Azərbaycandan iki, Qazaxıstandan iki, habelə Rusiyanın müxtəlif bölgələrindən 15 şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi