Yuxarı
    Bağlamaq

    Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

    Müraciət üçün son tarix fevralın 21-dir

    Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC fərdi mühafizə vasitələri və xüsusi geyimlərin, eləcə də dizel mühərrikinin generatorla birlikdə satın alınması məqsədilə açıq müsabiqələr elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son tarix fevralın 21-dir.

    Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanına təqdim olunmalıdır (tel.: (012) 493-41-52).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi