Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib

Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib Müraciət üçün son tarix aprelin 5-dir
Biznes
29 Mart , 2017 11:18
Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib

Bakı. 29 mart. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC oksigen və maye qaz balonları, təsərrüfat malları, torna və ölçü alətləri, neptun markalı "Deydvud" qurğusunun ehtiyat hissələrinin alınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyənlər www.ascs.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədlər və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət aprelin 5-i saat 18:00-dəkdir.

Sənədlər Bakı şəhəri, M.Ə.Rəsulzadə,5 ünvanına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi