Azərbaycan xaricdə ticarət-iqtisadi nümayəndələrini təyin edəcək

Azərbaycan xaricdə ticarət-iqtisadi nümayəndələrini təyin edəcək İlk növbədə ticarət-iqtisadi nümayəndəlikləri Rusiya, Çin və BƏƏ-də açılacaq
Biznes
4 Noyabr , 2016 16:26
Azərbaycan xaricdə ticarət-iqtisadi nümayəndələrini təyin edəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ İxracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu prosesə əvvəl Azərbaycan şirkətlərinin daha çox maraq göstərdiyi, böyük idxal potensialı olan ölkələrdən başlanacaq.

İlk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələri təyin olunacaq. Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək.

Son xəbərlər

Orphus sistemi