Yuxarı

Azərbaycan vergi orqanları mayda 5,3 min qanun pozuntusu aşkarlayıb

Ötən ay 256 vergi ödəyicisi tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində Azərbaycanda vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 325 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 1 186 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 392 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 845 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 

Hesabat dövründə 256 vergi ödəyicisi tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 254 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 54 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi