Yuxarı
    Bağlamaq

    Azərbaycan və Yaponiya sərmayələrin qorunmasına dair saziş imzalamağa hazırlaşır

    Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir

    Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata əsasən, Yaponiya ilə Azərbaycan arasında indiyədək müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb, müqavilə-hüquq bazasının formalaşdırılması işləri isə davam etdirilir. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında hökumətlərarası sazişin layihəsi artıq Yaponiya tərəfinə təqdim edilib.

    Ş.Mustafayev ölkədə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsindən istifadə olunduğunu qeyd edib. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın "Marubeni Corporation" şirkəti arasında müqavilə imzalanıb və şirkət Azərbaycan tərəfinə məsləhət xidmətləri göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində iş aparılır.

    Bununla yanaşı, maşınqayırma, əczaçılıq, qida sənayesi, alternativ enerji, informasiya texnologiyaları, turizm sahələrində də əməkdaşlıq imkanlarının olduğu bildirilib və sözügedən sahələrdə yapon şirkətləri əməkdaşlığa dəvət edilib.

    Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın bir sıra sahələri üzrə müzakirələr aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi