Azərbaycan və Türkiyə mal və nəqliyyat vasitələri barədə məlumat mubadiləsinə başlayıb

Azərbaycan və Türkiyə mal və nəqliyyat vasitələri barədə məlumat mubadiləsinə başlayıb Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) Türkiyənin Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Biznes
26 Dekabr , 2017 11:03
Azərbaycan və Türkiyə mal və nəqliyyat vasitələri barədə məlumat mubadiləsinə başlayıb
Customs.gov.az

Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) Türkiyənin Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi Faiq Seyidov, Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Türkiyə Gömrük və Ticarət Nazirliyinin İkitərəfli Gömrük Əməkdaşlığı İdarəsinin rəisi Adəm Yazıcı, həmin idarənin uzmanı Cizem Asma Şenel, informasiya texnologiyaları üzrə mütəxəssis Alperen Kethudaoğlu və digər şəxslər iştirak edib.

Görüşdə bildirilib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcək. Daha sonra gündəlikdə duran bir sıra məsələlər - "Azərbaycanla Türkiyə arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair saziş"in texniki təminat sənədinin hazırlanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gömrük məsələləri, DGK ilə Türkiyənin Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin növbəti 2-ci iclasının gündəliyindəki mövzular və iki ölkə arasında risklərin idarə olunması məsələləri müzakirə edilib.

Həmçinin, qeyd olunub ki, iki olkə arasinda hərəkət edən mal və nəqliyyat vasitələri barədə məlumat mubadiləsinin həyata kecirilməsi uzrə texniki işlərə baslanılıb və pilot variantda 2018-ci il mart ayına qədər tranzit yukdasımaları haqqında məlumat mubadiləsi həyata keciriləcək.

Son xəbərlər

Orphus sistemi