Azərbaycan və Türkiyə arasında yeni Əməkdaşlıq Protokolu imzalanıb - YENİLƏNİB

Azərbaycan və Türkiyə arasında yeni Əməkdaşlıq Protokolu imzalanıb - YENİLƏNİB İlk xəbər saat 11:00-da verilib
Biznes
10 Oktyabr , 2019 11:27
Azərbaycan və Türkiyə arasında yeni Əməkdaşlıq Protokolu imzalanıb - YENİLƏNİB

İlk xəbər saat 11:00-da verilib

Bu gün Türk Standartları İnstitutu, İqtisadiyyat Nazirliyi yaxnında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında Əməkdaşlıq Protokolu imzalanıb.

"Report” xəbər verir ki, sənədin əhəmiyyəti barədə Azərbaycanın iqtisadiyyat nazirini müavini Niyazi Səfərov açıqlama verib. 

Onun sözlərinə görə, protokol bu sahədə gələcək əlaqələrin inkişafına və müəssisələrdə beynəlxalq standartların tətbiqinə müsbət təsir göstərəcək.

Nazir müavini Azərbaycan hökumətinin Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlığı barədə də danışıb: “2019-cu ilin əvvəlindən indiyə qədər olan əməkdaşlıq çərçivəsində 32 layihənin icrası başa çatıb, 13 layihə üzrə işlərin icrası davam etdirilir".

Son xəbərlər

Orphus sistemi