Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair protokol imzalayıb

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair protokol imzalayıb Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən Samur sərhəd-keçid məntəqəsində Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.
Biznes
29 Mart , 2018 16:15
Azərbaycan və Rusiya gömrükçüləri sərhəddəki buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair protokol imzalayıb
Customs.gov.az

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Tərəflər xüsusilə kənd təsərrüfati məhsullarinin sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, sərhədkeçmə prosesində yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıb.

Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi