Yuxarı

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

​Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib

Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" gömrük postunda Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində yarana biləcək növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan və Rusiya arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi