Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya arasında gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüş keçirilib

    Görüşdə Azərbaycanı DGK sədrinin müavini Şahin Bağırov təmsil edib© Customs.gov.az

    Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın Yessentuki şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin gömrük sahəsində hüquqpozmalara qarşı birgə mübarizə mövzusunda görüşü keçirilib. 

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

    Məlumatda deyilir ki, görüşdə DGK sədrinin müavini Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

    İkitərəfli görüş çərçivəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı birgə mübarizə məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi