Bakı. 23 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə Qazaxıstan Maliyyə Nazirliyi arasında sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
“Report”un məlumatına görə, fərmanla bu il yanvarın 30-da imzalanmış sazişin müddəalarının həyata keçirilməsi DGK-ya, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan hökumətinə bildiriş göndərilməsi isə Xarici İşlər Nazirliyinə həvalə edilib.