​Azərbaycan və Macarıstan şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

​Azərbaycan və Macarıstan şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb İmzalanma Bakıda keçirilən biznes forum çərçivəsində baş tutub
Biznes
6 Mart , 2016 11:25
​Azərbaycan və Macarıstan şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, müvafiq sənəd "Umirs Europe Plc." - "EastStream" MMC, "Toll Servis Ltd." - "Sinam Ltd.", "European Parking System Llc." - "Komtec Ltd" və "Project Service Venture Ltd." - "RR Şirkətlər qrupu" arasında imzalanıb.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Macarıstan Milli Ticarət Evinin sədr müavini Qabor Kun, o cümlədən 47 macar və 116 Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi