Yuxarı
    Bağlamaq

    Azərbaycan ilə İtaliyanın Boltsano regionu arasında biznes əməkdaşlıq perspektivləri müzakirə olunub

    Boltsanonun Ticarət-Sənaye Palatasının prezidenti Mixael Ebner Azərbaycanın İtaliyadakı səfiri ilə görüşüb

    Bakı. 14 iyul. REPORT.AZ/ İtaliyanın Boltsano regionunun Ticarət-Sənaye Palatasının prezidenti Mixael Ebner Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb.

    "Report" "Ansa" agentliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və İtaliyanın sözügedən regionu arasında biznes əlaqələrinin perspektivlərini müzakirə ediblər.

    Səfir zəngin mineral resurslara malik Azərbaycanın Asiyadan Avropaya körpü və ideal biznes tərəfdaşı olduğunu qeyd edib.

    "Son illərdə Azərbaycan qeyri-neft sektorunun bundan sonra da inkişaf etdirilməsi məqsədi ilə iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Bu, Azərbaycan şirkətləri və Cənubi Tirol arasında əməkdaşlıq üçün maraqlı imkanlar yaradır" - səfir bildirib.

    M.Ebner kənd təsərrüfatı, ağac emalı, infrastruktur və tikinti sənayesi sahəsində əlaqələrin inkişaf perspektivlərinin mövcudluğunu bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi