Yuxarı

Azərbaycan və İran birgə dərman istehsalına dair memorandum imzalayacaq

Memorandumları imzalayacaq şirkətlərin adları açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Sabah Azərbaycan və İran şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq. 

“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Astarada keçirilmiş görüşdə nazir Ş.Mustafayev deyib.

Nazir memorandumların Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, “Azersun Holding”, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında imzalanacağını da deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi