Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib

Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib Görüşdə "Sadıxlı" və "Mtıkvari" sərhəd-gömrük keçid məntəqələrinin yenidən qurulması məsələsi müzakirə edilib
Biznes
27 İyul , 2017 10:18
Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib
Customs.gov.az

Bakı. 27 iyul.REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sadıxlı" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə DGK sədrinin müavini Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib.

Görüşün əsas mövzusu isə bir müddətdir müzakirə edilən Azərbaycan tərəfdə "Sadıxlı", Gürcüstan tərəfdə isə "Mtıkvari" sərhəd-gömrük keçid məntəqələrinin əsaslı şəkildə yenidən qurulması və ya yeni gömrük postlarının inşa edilərək istifadəyə verilməsi olub. Tərəflər bu mövzu ilə bağlı əvvəlki görüşlərdə səsləndirilən fikirləri təkrar gözdən keçirib və yeni təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, qarşılıqlı razılaşma əldə edildikdən və hər iki tərəfdə aparılacaq əsaslı tikinti və yenidənqurma işlərindən sonra sərhəd-gömrük keçid məntəqələrinin potensialı artırılacaq, bu da iki ölkə arasında sərnişin və yükdaşımalarla yanaşı, regionun tranzit imkanlarının da xeyli artmasına şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi