Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 184 milyon dolları ötüb

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 184 milyon dolları ötüb Bu ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 184 mln. 420,4 min dollar təşkil edib.
Biznes
19 Mart , 2019 12:39
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 184 milyon dolları ötüb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 184 mln. 420,4 min dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 10,6% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-fevral aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 33,7% artaraq 58 mln. 411,9 min dollar təşkil edib. Gürcüstanın ümumi ixracında Azərbaycan 11,6% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Ötən ay Gürcüstan Azərbaycandan 126 mln. 008, 5 min dollar dəyərində məhsul idxal edib. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 10,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 2,5% azalıb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə və Çindən sonra üçüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi, ümumilikdə, 1 mlrd. 739,8 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur. Qonşu ölkənin ixracı 13,2% artaraq 505 mln. dollar, idxalı isə 0,1% artaraq 1 mlrd. 234,8 mln. dollar dəyərində olub. 

Son xəbərlər

Orphus sistemi