Yuxarı

​Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığı genişləndirir

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu işə başlayıb. “Report” xəbər verir ki, Bakı Biznes Mərkəzində baş tutan forumu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev açıb.

Ş.Mustafayev Çexiya ilə müxtəlif sahələrdə əlaqələrin qurulduğunu, hər iki ölkə arasında indiyə qədər müxtəlif sahələrdə 20-dən artıq müqavilənin imzalandığını deyib:
“Bu gün əsas məsələlərdən biri ölkələrimiz arasındakı siyasi münasibətlərin stabil olmasıdır. Biz Çexiya ilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən də İKT sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”.

Nazir çıxışında hazırda 16 Çexiya şirkətinin Azərbaycana kapital yatırdığını və bu kapitalın əsasən təhsil, İKT, turizm və s. sahələri əhatə etdiyini deyib.

Ş.Mustafayev hazırda Azərbaycanın 150-dən artıq ölkə ilə iqtisadi əlaqələr qurduğunu, son 10 ildə iqtisadiyyata yatırımların həcminin 50 dəfəyə qədər artdığını bildirib. 

Daha sonra çıxış edən Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ölkəsi ilə Azərbaycan arasdında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Y. Mladekin sözlərinə görə, hazırda ölkəsinə sənaye məhsullarının 31%-i Azərbaycan vasitəsi ilə idxal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi