Yuxarı

Azərbaycan və Monteneqro sərmayə layihələrinin həyata keçirilməsini müzakirə ediblər

Həmçinin SOCAR-ın Monteneqroda regional mərkəzinin açılması haqqında təşəbbüs müzakirə olunub

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanın sərmayə layihələrinin uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycan və Monteneqro arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin formalaşıb, bu da sərmayələrin həcmini artırmağa imkan verəcək".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Serbiyada və eyni zamanda Monteneqrodakı səfiri Eldar Həsənovla görüşdə Monteneqronun baş naziri Milo Cukanoviç bildirib. 

Görüşdə iki ölkə arasında əməkdaşlıq üzrə gələcək planlar, eləcə də M.Cukanoviçin bu yaxınlarda səfərinin nəticələri müzakirə olunub. 

Öz növbəsində, Azərbaycan səfiri Monteneqronun sahilboyu regionlarında nəqliyyat hərəkətinin keyfiyyətini yaxşılaşdıracaq, eləcə də Tivata və Herseqa Novi kurortlarının inkişafında rol oynayacaq infrastruktur layihələrinin həyata keçirilməsində ölkənin maraqlı olmasını təsdiqləyib.

Tərəflər iki ölkə arasında enerji sahəsindəki münasibətlərin möhkəmləndirilməsi üçün SOCAR-ın Monteneqroda regional mərkəzinin açılması haqqında təşəbbüsünü müzakirə  ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi