Azərbaycan və Böyük Britaniya kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Böyük Britaniya kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq edə bilər İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Londonda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasında çıxış edib.
Biznes
24 May , 2019 10:55
Azərbaycan və Böyük Britaniya kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq edə bilər

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Londonda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasında çıxış edib. 

"Report" bu barədə KOBİA-ya istinadən xəbər verir. 

Məlumata görə, sədr çıxışında iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib. 

“Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forum, sərgi kimi birgə tədbirlərin təşkili, ixrac qabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər”, - KOBİA-nın sədri vurğulayıb.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində O. Məmmədov Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi