Azərbaycan və Belarus ticarət əlaqələrini inkişaf etdirir

Azərbaycan və Belarus ticarət əlaqələrini inkişaf etdirir Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib
Biznes
13 Mart , 2015 12:20
Azərbaycan və Belarus ticarət əlaqələrini inkişaf etdirir

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan və Belarus arasında ticarət əlaqələri dinamik şəkildə inkişaf edir. İki ölkənin ticarət dövriyyəsinin həcmi 2014-cü ildə 100 mln. dollar təşkil edib. "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib. 

O, qeyd edib ki, hazırda Azərbaycanda 28 Belarus kapitallı şirkət fəaliyyət göstərir: "Onlar əsasən Azərbaycanda kənd təsərrüfatı, maşınqayırma və tikinti sahəsində cəmləşib".

Azərbaycanın iqtisadi siyasətinin əsas hissəsini iqtisadiyyatın şaxələndirilməsi olduğunu xatırladan R.Məmmədov ölkə iqtisadiyyatının inkişaf edən sahələri haqda geniş məlumat verib, Azərbaycana investisiya yatırmaq üçün hər cür imkanların olduğunu bildirib. 

Belarus Sənaye Ticarət Palatasının Minsk şöbəsinin baş direktoru Aleksandr Fedorçuk isə çıxışı zamanı deyib ki, son 4 ildə Azərbaycan və Belarusun ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb, iki ölkənin bir çox sahələrdə oxşar olduğunu deyib: "Hazırda münasibətlərimizin hər zaman fərqlənən məhsullarımızın sadəcə alış-satışdan birgə istehsala keçməsi mühüm məsələdir. Məsələn, Gəncədə avtomobil istehsalı üzrə birgə müəssisə fəaliyyət göstərir. Həmçinin lift istehsalına dair birgə müəssisə var. Bu və digər hazırda mövcud olan formalar qarşılıqlı əlaqələrimizin gələcəkdə inkişafı üçün yaxşı bazadır".

Qeyd edək ki, forumda hər iki tərəfdən ümumilikdə 60 şirkətin nümayəndəsi iştirak edir.

Son xəbərlər

Orphus sistemi