Azərbaycan və Belarus regionlarda əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Belarus regionlarda əməkdaşlığı inkişaf etdirəcək Bu gün Minskdə Azərbaycan-Belarus biznes forumu keçirilir
Biznes
27 Noyabr , 2015 16:44
Azərbaycan və Belarus regionlarda əməkdaşlığı inkişaf etdirəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus regional əməkdaşlığı daha fəal inkişaf etdirəcək.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov bildirib. 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbərliyi ilə görüş zamanı, eləcə də ölkənin iqtisadiyyat və sənaye naziri ilə görüş zamanı söhbət regional əməkdaşlıqdan gedib. 

"Biz vilayətlərdəki ticarət-sənaye palatalarımızın Azərbaycan biznesi mühitinə birbaşa daxil olmaları haqqında razılığa gəlmişik. Artıq gələn ilin əvvəlində məhz regional əməkdaşlıqla bağlı bir sıra səfərlər edəcəyik", - Mixail Myatlikov qeyd edib. 

Onun fikrincə, hər iki ölkənin əməkdaşlığı üçün perspektivlər turizm sahəsində mövcuddur. 

Bu gün Minskdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri çərçivəsində Azərbaycan-Belarus biznes forumu keçirilir. Tədbirdə ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafının perspektiv istiqamətləri müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi