​Azərbaycan Ukraynadan 428 min dollar məbləğində yağ idxal edib

​Azərbaycan Ukraynadan 428 min dollar məbləğində yağ idxal edib Ölkəmiz bu göstəriciyə görə üçüncü yerdədir
Biznes
17 Aprel , 2015 07:17
​Azərbaycan Ukraynadan 428 min dollar məbləğində yağ idxal edib

Bakı. 17 aprel. REPORT.AZ/Azərbaycan cari ilin yanvar-mart ayları ərzində Ukraynadan 428 min dollar məbləğində yağ idxal edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin gömrük statistikası göstəricilərinə istinadən "Agravery.com" məlumat yayıb.

Azərbaycan bu göstəriciyə görə, istehlakçılar siyahısında üçüncü pillədə qərarlaşıb.

Ukrayna göstərilən dövr ərzində ümumilikdə 3,76 mln. dollar məbləğində yağ ixrac edib.

Siyahının birinci yerində Misir (1,09 mln. dollar), ikinci yerində isə Mərakeş (429 min dollar) durur.

Son xəbərlər

Orphus sistemi