Yuxarı

Azərbaycan Ukraynadan 28 milyon dollar məbləğində siqaret idxal edib

İdxal əməliyyatları bu ilin 8 ayı ərzində baş tutub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan cari ilin yanvar-avqust ayları ərzində Ukraynadan 27,7 milyon dollar məbləğində siqaret idxal edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, Azərbaycan bu göstəriciyə görə idxalçı ölkələr arasında üçüncüdür. Birinci yerdə Yaponiya (35,06 mln. dollar), ikinci yerdə isə Gürcüstan (33,2 mln. dollar) qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi