Yuxarı

Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof idxal edib

Ölkəmiz bu göstəriciyə görə üçüncü pillədədir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Cari ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında üçüncü yerdədir. Siyahının birinci pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan ikinci yerdədir (45 min dollar məbləğində).

Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi