​Azərbaycan Ukrayna ilə aqrar sahədə əməkdaşlığı intensivləşdirmək istəyir

​Azərbaycan Ukrayna ilə aqrar sahədə əməkdaşlığı intensivləşdirmək istəyir Ölkə, xüsusilə Ukrayna meyvə-tərəvəzində maraqlıdır
Biznes
19 Mart , 2016 07:57
​Azərbaycan Ukrayna ilə aqrar sahədə əməkdaşlığı intensivləşdirmək istəyir

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Ukrayna ilə aqrar sahədə əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Ərzaq və Aqrar Siyasət Nazirliyinə istinadən "replyua.net" nəşri məlumat yayıb.

Nazirin Azərbaycandan yeni qayıtmış avrointeqrasiya məsələləri üzrə müavini Vladislava Rutiskaya bildirib ki, Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və iqtisadiyyat nazirinin müavini Sahil Babayevlə olmaqla bir neçə mühüm görüş keçirilib.

"Görüşlərdə Azərbaycanda ölkələr arasında mal dövriyyəsinin artırılmasına imkan verən güclü loqistika mərkəzinin yaradılması müzakirə olunub. Azərbaycan, xüsusilə Ukrayna tərəvəzi, meyvəsi və giləmeyvəsi ilə maraqlanır. Ukraynaya gəldikdə isə, o bu əməkdaşlıqdan üçqat fayda götürmüş olacaq. Çünki İran və Türkiyə ilə ticarət əməkdaşlığını intensivləşdirə biləcək", - deyə o əlavə edib.

Bundan savayı, nazir müavini qeyd edib ki, "İpək yolu" layihəsi üçün əlavə infrastruktur tədarük həcmlərini artıra bilər.

Son xəbərlər

Orphus sistemi