Azərbaycan tütün məmulatlarının idxalını 6 dəfə azaldıb

Azərbaycan tütün məmulatlarının idxalını 6 dəfə azaldıb Yanvarda ölkəyə 5,4 mln. dollarlıq tütün və tütün məmulatları idxal edilib
Biznes
18 Fevral , 2016 13:52
Azərbaycan tütün məmulatlarının idxalını 6 dəfə azaldıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu ilin yanvarında Azərbaycana 5 443,52 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-cü ilin birinci ayına nisbətən 27 864,62 min dollar və ya 6,1 dəfə azdır. Nəticədə, 2016-cı ilin yanvar ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,23%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 1 248,83 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 88,77 min dollar yaxud 6,64% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-ci ildə ixracı ölkənin ümumi ixracının 0,19%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi