Azərbaycan tütün ixracını 63% artırıb

Azərbaycan tütün ixracını 63% artırıb Bakı. 23 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 141,5 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
23 Dekabr , 2017 12:34
Azərbaycan tütün ixracını 63% artırıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 141,5 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 661,32 min dollar və yaxud 0,5% çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatları ümumi idxalın 1,8%-ni təşkil edib.

11 ay ərzində Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 13,4 mln. dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 5,2 mln. dollar və yaxud təxminən 63% çoxdur. 

Bu məhsulların ixracı ölkənin ümumi ixracının 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi