Azərbaycan, Türkiyə və İran müştərək İqtisadiyyat Komissiyasının iclası keçiriləcək

Azərbaycan, Türkiyə və İran müştərək İqtisadiyyat Komissiyasının iclası keçiriləcək Yayda isə Təbrizdə İran-Azərbaycan hökumətlərarası iclası olacaq
Biznes
12 Fevral , 2015 09:12
Azərbaycan, Türkiyə və İran müştərək İqtisadiyyat Komissiyasının iclası keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycan, Türkiyə və İran müştərək İqtisadiyyat Komissiyasının iclası keçiriləcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə görüş İranda, nazirlər səviyyəsində keçiriləcək: “Hər üç ölkə rəhbərlərinin daim iradəsi və istəyi bu olub ki, İran, Türkiyə və Azərbaycan arasında üçtərəfli münasibətlər genişlənsin. Biz üçtərəfli görüşləri xarici işlər nazirləri səviyyəsində keçirirdik, lakin hazırda bu, iqtisadiyyat nazirləri səviyyəsində keçiriləcək. Bu görüş üç ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olacaq”.

Bununla belə, səfir bildirib ki, görüşün baş tutacağı şəhərin adı və dəqiq tarixi hələlik məlum deyil.

M.P.Ayin həmçinin əlavə edib ki, bu ilin yayında İran-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. Onun sözlərinə görə, iclas Təbrizdə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi