Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək

Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək "Baltic Weekend"ə 100-ə yaxın iştirakçı qatılacaq
Biznes
11 Aprel , 2017 11:53
Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək
http://mediabitch.ru

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 20-21-də Tbilisidə (Gürcüstan) kommunikasiya üzrə "Baltic Weekend" beynəlxalq forumu keçiriləcək. "Report"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya, Niderland, Xorvatiyadan 100-ə yaxın iştirakçı toplaşacaq.

"Tbilisi kommunikasiya bazarının nümayəndələrini, PR, GR, "digital", reklam və marketinq sahəsinin mütəxəsisslərini bir araya toplayacaq", - deyə məlumatda qeyd edilib.

Forumda dünya PR-sənayesinin aktual məsələləri müzakirə ediləcək, iştirakçılar yeni texnologiyalar sahəsində əldə etdikləri bilik və təcrübə ilə bölüşəcəklər, lokal və qlobal səviyyələrdə ictimaiyyətlə əlaqələrin inkişaf perspektivlərini qiymətləndirəcəklər.

"Baltic Weekend" - Mərkəzi və Şərqi Avropada kommunikasiya sahəsində ən iri tədbirlərdən biridir. 

Son xəbərlər

Orphus sistemi