Moskvada Azərbaycan stendini mindən çox şirkətin nümayəndəsi ziyarət edib

Moskvada Azərbaycan stendini mindən çox şirkətin nümayəndəsi ziyarət edib Sərgidə Azərbaycanın 30-dan çox şirkəti iştirak edir
Biznes
13 Sentyabr , 2017 18:49
Moskvada Azərbaycan stendini mindən çox şirkətin nümayəndəsi ziyarət edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendini iki gün ərzində mindən çox şirkətin nümayəndəsi ziyarət edib. 

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri Azərbaycanın yerli məhsulları, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi