​Azərbaycan spirtli içkilərin ixracını kəskin azaldıb

​Azərbaycan spirtli içkilərin ixracını kəskin azaldıb Bununla yanaşı spirtli və spirtsiz içkilərin idxalı da xeyli azalıb
Biznes
22 İyun , 2015 12:18
​Azərbaycan spirtli içkilərin ixracını kəskin azaldıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-may aylarında 9 184,64 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 4 823,94 min dollar yaxud 34,44% azdır.

Bu ilin 5 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,17%-ni təşkil edib.

Komitədən, həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 20 453,76 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 059,46 min dollar yaxud 22,86% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi