​Azərbaycan spirtli içki idxalını 31% azaldıb

​Azərbaycan spirtli içki idxalını 31% azaldıb Bununla yanaşı, bu ilin 11 ayında spirtli və spirtsiz içkilər ixracı da 18% azalıb
Biznes
21 Dekabr , 2015 16:51
​Azərbaycan spirtli içki idxalını 31% azaldıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin ilk 11 ayında 24 694,36 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 5 360,53 min ABŞ dolları, yaxud 17,84% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövrdə Azərbaycana ümumilikdə 45 076,31 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 431,57 min ABŞ dolları və ya 31,19% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,55% təşkil edib.

Son xəbərlər

Orphus sistemi