Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın AKKORD şirkəti Ukraynanın Truskavets şəhərində asfalt zavodu tikintisi üzrə tenderin qalibi olub.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə şəhərin meri Andrey Kulçinski məlumat verib.
"Azərbaycan şirkəti Truskavetsdə asfalt zavodunun, eləcə də Qərbi Ukraynada yolların tikintisində iştirak edəcək" - A.Kulçinski bildirib.
O, hazırda AKKORD şirklətinin iştirakı ilə müxtəlif variantları nəzərdən keçirdiklərini sözlərinə əlavə edib.