Bakıda ​Azərbaycan-Sinqapur biznes forumu keçirilib

Bakıda ​Azərbaycan-Sinqapur biznes forumu keçirilib Tədbirdə hər iki tərəfdən 50-dən çox iş adamı iştirak edib
Biznes
17 Aprel , 2015 16:00
Bakıda ​Azərbaycan-Sinqapur biznes forumu keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Sinqapur biznes forumu keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Biznes forumda Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılan iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. R.Məmmədov sinqapurlu iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Sinqapur nümayəndə heyətinin rəhbəri, “Kenetics Innovations” şirkətinin icraçı direktoru Ken Vonq ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu bildirib, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini vurğulayıb.

Sonra “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının baş direktorunun müavini Samir Qasımov şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edib. 

Forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi