"Azərbaycan Sənaye Bankı"nın əsas səhmdarı yenidən təşkil olunur

"Azərbaycan Sənaye Bankı"nın əsas səhmdarı yenidən təşkil olunur Söhbət "Anadolu İnvestment Company" MMC-dən gedir
Biznes
19 Oktyabr , 2016 09:38
Azərbaycan Sənaye Bankının əsas səhmdarı yenidən təşkil olunur

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Anadolu İnvestment Company" MMC yenidən təşkil olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Park Moda" MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulmasıdır. Son nəticədə "Anadolu İnvestment" şirkəti "Park Moda"nın hüquqi varisi olub.

Xatırladaq ki, "Anadolu İnvestment Company", həmçinin "Azərbaycan Sənaye Bankı" ASC-nin 94,25%-lik səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi