Azərbaycan sahibkarları Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfərə gedəcəklər

Azərbaycan sahibkarları Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfərə gedəcəklər Səfər Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq
Biznes
22 Dekabr , 2016 20:04
Azərbaycan sahibkarları Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfərə gedəcəklər

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın bir qrup sahibkarının gələn il yanarın 14-17-də İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə baş tutacaq.

Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Sözügedən səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar dekabrın 27-dək ASK-ya (Əlaqələndirici şəxs: Rauf Əliyev, tel.: +99412 4657243, +99470 2909911, e-mail: [email protected]) müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi