Azərbaycan sahibkarları Hindistanda və Belarusda keçiriləcək sərgilərə dəvət olunub

Azərbaycan sahibkarları Hindistanda və Belarusda keçiriləcək sərgilərə dəvət olunub Bakı. 8 may. REPORT.AZ/ Mayın 15-18-də Hindistanın Mumbay şəhərindəki sərgi mərkəzində 4-cü Qlobal Xidmətlər Sərgisi keçiriləcək.
Biznes
8 May , 2018 15:09
Azərbaycan sahibkarları Hindistanda və Belarusda keçiriləcək sərgilərə dəvət olunub
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/  Mayın 15-18-də Hindistanın Mumbay şəhərindəki sərgi mərkəzində 4-cü Qlobal Xidmətlər Sərgisi keçiriləcək. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir. 

Məlumata görə, Azərbaycan tərəfdən sərgidə iştirak etmək istəyən nümayəndələrin beynəlxalq nəqliyyat və mehmanxana xərclərini təskilatçılar qarşılayacaq. 

Bundan başqa, mayın 24-27-də Belarusda “Spring in Gomel” beynəlxalq sərgisi, mayın 25-də isə 15-ci Qomel İqtisadi Forumu olacaq. Arzu edənlər tədbirlərdə iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi