Azərbaycan sahibkarları Cokyakartanın sənaye potensialını öyrənib

Azərbaycan sahibkarları Cokyakartanın sənaye potensialını öyrənib Biznesmenlər ardından Bali adasına yollanıb
Biznes
19 Oktyabr , 2016 10:56
Azərbaycan sahibkarları Cokyakartanın sənaye potensialını öyrənib

Bakı. 19 oktyabr. REPORT.AZ/ İndoneziyada səfərdə olan azərbaycanlı iş adamları bu ölkənin keçmiş paytaxtı Cokyakarta şəhərinə səfər edib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məluamat görə, səfər zamanı Azərbaycandan olan sahibkarlar Cokyakarta sultanı Sri Sultan Haamenkqu Buvono, Cokyakarta Ticarət-Sənaye Palatasının rəhbərinin müavini Vavan Hermavan ilə görüşüb.

Görüşdən sonra azərbaycanlı iş adamları Cokyakartada istehsal olunan məhsullarla tanış olublar və indoneziyalı biznesmenlərlə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanlı iş adamları ardından Bali adasına yollanıb. Orada biznesmenlər vilayətin turizm potensialı ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi