​Azərbaycan sahibkarları bir sıra beynəlxalq tədbirlərə dəvət olunub

​Azərbaycan sahibkarları bir sıra beynəlxalq tədbirlərə dəvət olunub Bosniya və Herseqovina şirkəti isə Azərbaycanda tərəfdaş axtarır
Biznes
15 Mart , 2016 10:08
​Azərbaycan sahibkarları bir sıra beynəlxalq tədbirlərə dəvət olunub

Bakı. 15 mart. REPORT.AZ/ Gürcüstanda “Expomed Batumi 2016” beynəlxalq sərgisi keçiriləcək. “Report”un "Azpromo"ya istinadən verdiyi xəbərə görə, sərgi Batumi şəhərində aprelin 14-16-da təşkil olunacaq.

Bundan başqa, mayın 3-dən 6-dək Minsk şəhərində Belarus Sənaye Forumu keçiriləcək. Eyni zamanda, mayın 27-28-də Vilnüs şəhərində “Şərab günü” XII Litva şərab sərgisi təşkil olunacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələrin nümayəndələri sözügedən tədbirlərə dəvətlidirlər.

"Azpromo"dan, həmçinin bildirilib ki, Bosniya və Herseqovinanın LED lampalar, işıq dirəkləri, su sayğacları, qaz detektorları və digər sənaye məhsullarının istehsalı ilə məşğul olan “Bekto Precisa” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir. Şirkət haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi