Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 27-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclası keçiriləcək.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.
Məlumata görə, iclasda Aİ-nin və Şərq Tərəfdaşlığı ölkələrinin səlahiyyətli nümayəndələri ilə yanaşı həmin ölkələrdə fəaliyyət göstərən biznes dairələrinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur. Bununla əlaqədar, Azərbaycan sahibkarları tədbirə dəvət olunur.