Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan 2015-ci ildə Rusiyadan spirtli içki idxalını təqribən 50 faizdən çox azaldıb.
"Report" "Kommersant"a istinadən xəbər verir ki, ötən il Rusiyadan Azərbaycana 5,3 milyon dollar dəyərində spirtli içki məhsulları ixrac olunub.
2014-cü ildə bu göstərici 10,56 milyon dollara bərabər olub.